АBŞ-da məktəbdə atışma baş verib, 10 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

АBŞ-da məktəbdə atışma baş verib, 10 nəfər ölüb

22:46 - 18 / 05 / 2018
АBŞ-da məktəbdə atışma baş verib, 10 nəfər ölüb

ABŞ-ın Santa-Fe şəhərində baş verən silahlı insident nəticəsində 9 şagird və 1 müəllim ölüb.

1news.az-ın məlumatına görə, bu barədə MSNBC telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə zamanı 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Təhsil ocağının rəhbərliyi məktəbdə partlayıcı qurğuların aşkar edildiyini bildirib. Hazırda onlar istehkamçılar tərəfindən zərərsizləşdirilir.

İlkin məlumata əsasən, məktəbdə atəşi 17 yaşlı şagird açıb. İnsidentlə əlaqədar 2 nəfər saxlanılıb.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər