Dubayda “uçan xalça” təqdim olunub | 1news.az | Xəbərlər
Dünya

Dubayda “uçan xalça” təqdim olunub

19:03 - 20 / 05 / 2018
Dubayda “uçan xalça” təqdim olunub

Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki “Fairmont Dubai” otelində “uçan xalça” nağılı “canlandırılaraq”, foyedə dörd metrlik xalça-təyyarə quraşdırılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müasir rəssam Natali Dağıstaninin ideyası ilə quraşdırılan xalçanın çəkisi 70 kiloqram, uzunlugu 4 metr, eni isə 2 metrdir. Xalça 4,5 hündürlüyündə yerləşdirlib və rəngbərəng bayram fənərləri ilə bəzədilib.

Müqəddəs Ramazan ayı münasibətilə bir çox ticarət-əyləncə mərkəzləri və otellər mövzuya aid müxtəlif obyektlər quraşdırırlar.

S.Xankişiyeva

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər