“Məni müsəlmanlar zorladı” deyən əxlaqsız qadının cəsədi meşədə tapıldı - FOTO
29 yaşlı İrina Ayzina Almaniyanın Frankfurt şəhərində qətlə yetirilib. Onu şəriki və vəkili Yan Mey bıçaqlayıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, İ.Ayzinanın tanınmaz hala salınmış cəsədi şəhər kənarındakı meşəlikdə tapılıb. Ona 16 bıçaq zərbəsi vurulmuşdu.
Polis şübhəli şəxs qismində mərhumun şəriki və vəkili olan Yan Meyi həbs edib.
İlkin məlumatlara görə, Yan Meylə İrina Ayzina arasında maliyyə zəminində mübahisələr varmış.
Əslən Estoniyadan olan yəhudi İrina Ayzina şərikini biznesindən, yəni sahibəsi olduğu fahişəxananın idarəolunmasından kənarlaşdırmaq istəyirmiş. 50 yaşlı Yan Mey isə, təbii, bunu istəməyib.
İrina Ayzina ötən il “məşhurlaşmışdı”. O, Frankfurtdakı “First In” adlı bordelinin müsəlman miqrantların hücumuna məruz qaldığını demişdi.
“Saqqallı müsəlmanlar içəri soxuldular, hər yeri dağıtdılar, alt-üst etdilər. Sonra da məni döydülər və zorladılar”, - İrina yerli mediaya belə demişdi.
Daha sonra o, bu iddialarını dəfələrlə təkrarlamışdı.
Fəqət, Frankfurt polisinin apardığı istintaq İ.Ayzinanın iddialarının ağ yalan olduğunu sübut etmişdi.
1news.az