AŞPA həməruzəçiləri Ermənistana gəlir
AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Cuzeppe Qalati və Yuliya Lovoçkina 23-25 may tarixlərində Ermənistanda səfərində olacaqlar.
1news.az bu barədə AŞPA-nın rəsmi saytına istinadla xəbər verir.
Müzakirələr Ermənistandakı son siyasi hadisələri, yeni hökumətin prioritetlərini əhatə edəcək. Həmçini, Ermənistanın qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi də araşdırılcaq.
Həmməruzəçilər prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin spikeri, xarici işlər, ədliyyə və müdafiə nazirləri, parlament fraksiyalarının nümayəndələri ilə görüşəcəklər.
P.Sultanova
578