Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını yəqin ki, özünü düşünərək yaradıb" | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını yəqin ki, özünü düşünərək yaradıb"

17:32 - 23 / 05 / 2018
Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını yəqin ki, özünü düşünərək yaradıb"

“Biz Rüstəm İbrahimbəyovun dəfələrlə belə əməllərinin şahidi olmuşuq. Bu baxımdan məhz Rüstəm İbrahimbəyovun ssenari müəllifliyi ilə “Qafqaz üçlüyü” kimi filmin çəkilməsində də təəccüblü heç nə yoxdur”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahiumbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasına münasibət bildirən Yeni Azərbaycan Partiyası  icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S.Novruzov deyib ki, R. İbrahimbəyovun bir müddət əvvəl Rusiya mətbuatında azərbaycanlıları aşağılayan yazısı dərc olunub:

“O cümlədən digər xalqların nümayəndələrinin Bakıdan köçməsinin ziyalılıq səviyyəsinin aşağı düşməsinə səbəb olması, azərbaycanlıları vəhşi kimi qələmə verməsi barədə fikirlərinə müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrdə, yazdığı yazılarda rast gəlmişik. Ermənilərlə şərikli filmlər çəkməsi, ermənilər tərəfindən maliyyələşməsi də dəfələrlə qeyd olunub. “Qafqaz üçlüyü” filmi də bunun davamıdır. Biz mütəmadi deyirdik ki, Milli Şura layihəsi ermənilər tərəfindən maliyyələşdirilir. Rüstəm İbrahimbəyovu Milli Şuranın sədri seçən, onu təmtəraqla prezidentliyə namizəd göstərən qüvvələr indi bu filmə diqqətlə baxsınlar, özlərini əsl azərbaycanlı hesab edirlərsə, münasibətlərini bildirsinlər.

Rüstəm İbrahimbəyovun mitinqlərdə şəkillərini qaldıran o partiyaların sıravi üzvləri bu məsələdən xəcalət çəkirlərmi? Erməniyə dəstək verən bir insanın şəklini əllərində qaldırıb mitinqdə gəzdirirdilər. Budur onların xisləti. Bu filmdə Azərbaycan xalqı, türk xalqı təhqir olunur. İnsan hakimiyyətə qarşı müxalifətdə ola bilər, amma dövlətinə, millətinə qarşı müxalifətdə olmaq olmaz. Bu, dövlətə, dövlətçiliyə, millətə, Azərbaycan, türk etnosuna qarşı düşmənçilikdir. Bu, ermənilərin 100 ildən artıq apardığı düşmənçiliyin ən mərkəz nöqtəsidir ki, bu gün bu düşmənçilik adı azərbaycanlı qoyulan Rüstəm İbrahimbəyovun əli ilə aparılır”.

S.Novruzov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra indiyə qədər Azərbaycanın müstəqilliyi, Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ, azərbaycanlıların Ermənistandan qovulması, uşaqların, qadınların, yaşlıların vəhşiliklə qətlə yetirildiyi, başlarının dərilərinin soyulduğu, gözlərinin çıxarıldığı, ayaqlarının qırıldığı Xocalı soyqırımı ilə bağlı R. İbrahimbəyov hər hansı film, yazı ortaya qoymayıb:

“Dünyanın bir çox ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyıb, Rüstəm İbrahimbəyovun gözü bunu görmür?! Bütün bunlar hansısa əsrdə baş verməyib, XX əsrin sonunda olan hadisədir, faktlar lentə alınıb. Bu adam bunu görmürsə, deməli, o adamda azərbaycanlı qanı, azərbaycanlı düşüncəsi yoxdur. Rüstəm İbrahimbəyov ermənilərin əhatəsində olub və filmdə göstərdiyi qorxaq azərbaycanlı da elə onun özüdür, yəqin ki, özünü düşünərək o obrazı yaradıb. Çünki istənilən anda azərbaycanlılar həmişə ermənilərdən üstün olublar. Biz sovet dövründə hərbi xidmətdə olmuş insanlarıq, ermənilər həmişə bizim himayəmizdə dolanıblar. Hərbi xidmətdə biz onları başqa millətlərin nümayəndələrindən qorumuşuq, döyülmələrinin qarşısını almışıq. Filmdə azərbaycanlını aşağılamaq, ermənini qəhrəman kimi təqdim etmək ancaq erməni qanı olan şəxsə xas olan əməldir. Mən çox təəssüf edirəm ki, Maqsud İbrahimbəyov kimi bir insan onun qardaşıdır. Mən inana bilmirəm ki, Maqsud İbrahimbəyov kimi bir insanın, böyük bir ziyalının, böyük bir azərbaycanlının bu cür ermənipərəst qardaşı olsun”.

1news.az

Paylaş:
443

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər