Okeanın dibindən 18 milyard dollar dəyərində xəzinə tapıldı | 1news.az | Xəbərlər
Dünya

Okeanın dibindən 18 milyard dollar dəyərində xəzinə tapıldı

12:44 - 24 / 05 / 2018
Okeanın dibindən 18 milyard dollar dəyərində xəzinə tapıldı

İspaniya donanmasına aid "San Xose" adlı gəminin üç əsr boyunca okeanın altında qalan xəzinələrlə dolu hissələrinin tapıldığı təsdiqini tapıb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəmini araşdıran mütəxəssislər qalıqların "San Xose"yə aid olduğunu qeyd ediblər.

2015-ci ildə tapılan gəmi 1708-ci ildə batırıldığı zaman Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırmış. Mütəxəssislərin məlumatına görə, "San Xose"nin içindəki qızıl və digər qiymətli daş-qaşların 18 milyard dollara yaxın qiyməti var.

1news.az

Paylaş:
1155

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər