Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin edilib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin edilib

09:28 - 25 / 05 / 2018
Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin edilib

Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahına yeni rəhbər təyin edilib.

1news.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu vəzifəyə general-mayor Artak Davtyanın təyin edildiyini vurğulayıb.

A.Davtyanın təyin edilməsi haqqında sərəncamı Ermənistan prezidenti Armen  Sarkisyanın imzalayıb.

Qeyd edək ki, dünən Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Movses Akopyanın vəzifəsindən azad edilməsi haqqında prezident Sarkisyana  təklif  verib. 

P.Sultanova

 

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər