Putin Türkiyəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb | 1news.az | Xəbərlər
Dünya

Putin Türkiyəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb

18:51 - 26 / 05 / 2018
Putin Türkiyəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Rusiyadan C-400 raket kompleksləri alması ilə əlaqədar bu ölkəyə təzyiq göstərilməsini ədalətsizlik adlandırıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Vladimir Putin bildirib ki, Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, Rusiyadan silah almasında qeyri-adi heç nə yoxdur.

Rusiya, məsələn, Yunanıstana da C-300 raketləri satır. Kimdən silah alıb-almamağı Türkiyə özü həll etməlidir. Bu sövdələşmə ilə əlaqədar Türkiyəyə təzyiq göstərilməsi ədalətsizlikdir.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təzyiqlərə davam gətirəcək və güzəştə getməyəcək. O deyib: “Mən Prezident Ərdoğanın xasiyyətinə bələdəm. İnanmıram ki, kimsə ona təzyiq göstərib istədiyinə nail ola bilər”.

S.Xankişiyeva

 

Paylaş:
574

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər