Azərbaycan prezidenti Fransaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan prezidenti Fransaya səfər edəcək

13:08 - 27 / 05 / 2018
Azərbaycan prezidenti Fransaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.

Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir:

“Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik”.

S.Xankişiyeva

 

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər