Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

11:18 - 27 / 05 / 2018
Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Fransa respublikası Avropa və xarici işlər naziri Jan-İv Le Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-İv Le Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri  Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub.

Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək.  Fransa və Azərbaycan  arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər