Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

17:03 - 29 / 05 / 2018
Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirildi, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu.

Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
511

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər