Hindistan və Pakistan Kəşmirə dair razılıq əldə edib | 1news.az | Xəbərlər
Dünya

Hindistan və Pakistan Kəşmirə dair razılıq əldə edib

10:18 - 30 / 05 / 2018
Hindistan və Pakistan Kəşmirə dair razılıq əldə edib

Pakistan və Hindistan Kəşmirdə atəşkəsin əldə edilməsinə dair razılığa gəlib.

1news.az xəbər verir ki, 2003-cü ildə atəşkəs barədə razılıq əldə olunsa da, buna əməl edilməyib.

Xatırladaq ki, Kəşmir Pakistan və Hindistan arasında mübahisəli ərazi sayılır.

1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın nəzarəti altındadır. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də, bu problem hələ də öz həllini tapmayıb.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər