Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan prezidentinə təqdim edib

16:14 - 01 / 06 / 2018
Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan prezidentinə təqdim edib

Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan prezidenti Ram Nath Kovində təqdim edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, Prezident sarayında keçirilmiş təntənəli mərasimdən sonra Kovind səfir Ə.Şıxəliyevi təyinatı münasibətilə təbrik edib.

Hindistanın Azərbaycanla enerji, investisiya qoyuluşu, film sənayesi, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, əczaçılıq sahələrində əməkdaşlıqda maraqlı olduğunu, ölkələrimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizininin əsas iştirakçıları olduğuna diqqəti çəkən Prezident R.N.Kovind, ölkələrarası ticarət dövriyyəsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səfir Ə.Şıxəliyev diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Hindistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vəd edib.

Görüş əsnasında, həmçinin, Azərbaycan və Hindistan arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Ram Nath Kovind səfir Əşrəf Şıxəliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

P.Sultanova

Paylaş:
907

Son xəbərlər

Bütün xəbərlər