80-ci illərdə Əfqanıstanda vurulan sovet pilotu sağdır

80-ci illərdə Əfqanıstanda vurulan sovet hərbi təyyarəsinin pilotunun sağ olduğu aşkarlanıb.
1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Desant Qoşunları Birliyinin rəhbəri, Sovet İttifaqı Qəhrəmanı general-polkovnik Valeri Vostrotin məlumat verib.
Onun sözlərinə görə, itkin düşdüyü hesab edilən hərbi pilot sağdır və Əfqanıstanda yaşayır.
Vostrotin əlavə edib ki, hazırda onun maliyyə, inzibati və diplomatik yardıma ehtiyacı var.
Pilotun adı və soyadı məxfilik səbəbindən açıqlanmır.
Məlumatlara görə, 1979-1989-cu illərdə Əfqanıstanda Sovet Hava Qüvvələrinin 125 döyüş təyyarəsi vurulub.
P.Sultanova
352