Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

10:02 - 06 / 06 / 2018
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsdi

Gürcüstan  Xarici İşlər Nazirliyi Suriyaya dövlətlər arasında diplomatik əlaqələrin kəsilməsinə dair nota göndərib.

1news.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in rəsmi saytında məlumat verilib.

Qeyd edilib ki, rəsmi sənəd Suriyanın BMT və Misirdəki diplomatik missiyalarına təqdim edilib. BMT-nin baş katibinə də bu barədə məlumat verilib.

Xatırladaq ki, bu addımın səbəbi  mayın 29-da Suriyanın Gürcüstanın separatçı Abxaziya və  Cənubi Osetiya regionlarını müstəqil dövlət kimi tanıdığını bəyan etməsi olub.

Bununla bağlı yayılmış bəyanatda vurğulanır ki, tərəflər beynəlxalq hüququn təməl prinsiplərinə və əməkdaşlıq istəyinə sadiq olduqlarını elan ediblər. Onlar səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıblar.

Bu separatçı birliklərin "müstəqilliyi" Rusiya, Nikaraqua, Venesuela, Vanuatu, Tuvalu və Nauru tərəfindən də tanınıb.

P.Sultanova

Paylaş:
378

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər