Baş nazir: Hindistan regional əməkdaşlığın hərtərəfli gündəliyini inkişaf etdirir | 1news.az | Xəbərlər
Dünya

Baş nazir: Hindistan regional əməkdaşlığın hərtərəfli gündəliyini inkişaf etdirir

10:17 - 06 / 06 / 2018
Baş nazir: Hindistan regional əməkdaşlığın hərtərəfli gündəliyini inkişaf etdirir

Hindistanın Baş naziri Narendra Modi Hind-Sakit okean üzrə geniş siyasi çıxışı zamanı ölkəsinin regiona böyük marağının və fəaliyyətinin məqsədinin  bütün regionun təhlükəsizliyi və inkişafı olduğunu bəyan edib.

1news.az xəbər verir ki, Baş nazir Sinqapurda keçirilən Şanqri-La Dialoqundakı nitqində onu da bildirib ki, Hindistan Hind Okeanı Rim Assosiasiyası və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN vasitəsilə  regional əməkdaşlığın hərtərəfli gündəliyini inkişaf etdirir.

Onun sözlərinə görə, ölkəsinin Şərqi və Cənub –Şərqi Asiya ilə tərəfdaşlığı güclüdür və inkişaf edir:

“Hindistan Hind Okean Dəniz Simpoziumi kimi forumlar vasitəsilə iqtisadi imkanların qurulmasına, dəniz təhlükəsizliyinin təkmilləşdirilməsinə və kollektiv təhlükəsizliyin təşviqinə kömək edir. Qlobal tranzit marşrutlarının dinc qalması və hər kəsə azad olmasını təmin etmək üçün Hind okeanı bölgəsindən  kənar tərəfdaşları ilə əməkdaşlıq edir”.

Baş nazir qeyd edib ki, Hind- Sakit okeanı regionunda Hindistanın artan fəaliyyəti iqtisadi və müdafiə sahəsində dərin əməkdaşlıqla ilə müşayiət olunur. Hindistanın Silahlı Qüvvələri, xüsusilə də hərbi-dəniz qüvvələri Hind-Sakit okeanı regionunda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən humanitar yardım sahəsində və fəlakətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq edirlər. Cənub-Şərqi Asiya onun mərkəzindədir, ASEAN isə onun mərkəzi olub və gələcəkdə də olacaqdır.

Vurğulanıb ki, Hindistan Hind-Sakit okeanı bölgəsini bir strategiya və ya məhdud üzvlər klubu kimi görmür:

“İnklüzivlik, açıqlıq və ASEAN-ın mərkəziliyi və birliyi yeni Hind-Sakit okeanının qəlbində yerləşir”.

O, Hindistanın Hind-Sakit okeanında öz fəaliyyətinin Afrika sahillərindən Amerikaya qədər – inkluziv olacağını vurğulayıb. Hindistanın Hind-Sakit okeanı ilə bağlı nəzəri fiziki konnektivlik, o cümlədən qarşılıqlı inam, şəffaflıq, məsləhətləşmələr, suverenliyə və ərazi bütövlüyünə hörmətlə bağlıdır.

Baş nazir Modi Hindistanın kiçik və böyük -bütün millətlərin bərabər və suveren inkişaf etdiyi demokratik və qaydalara əsaslanan beynəlxalq qaydanı təşviq edəcəyini bildirib:

“Biz, dəniz, yer və hava yollarını azad və açıq saxlamaq, millətlərimizi terrorizmdən qorumaq, kiber məkanımız pozulmadan və münaqişədən azad olmaq üçün  digərləri ilə birgə ə fəaliyyət göstərəcəyik. Biz iqtisadiyyatımızı açıq tutacaq, fəaliyyətimizi isə şəffaf edəcəyik. Resurslarımızı, bazarlarımızı və inkişafımızı dostlarımız və tərəfdaşlarımızla bölüşəcəyik. Fransa və digər tərəfdaşlarımızla birgə yeni Beynəlxalq Günəş İttifaqı vasitəsilə planetimiz üçün davamlı gələcək axtaracağıq”.

P.Sultanova

Paylaş:
475

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər