Ən ağır xərçəngə qalib gəldi | 1news.az | Xəbərlər
Dünya

Ən ağır xərçəngə qalib gəldi

11:34 - 07 / 06 / 2018
Ən ağır xərçəngə qalib gəldi

Ən ağır formalı xərçəngdən əziyyət çəkən üç pasiyent eksperimental adoptiv terapiyanın sayəsində tam sağalıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Science Alert” jurnalında məqalə dərc olunub.

Eksperimental terapiyaya əsasən xəstələrin orqanizminə infiltrasiyalı limfositlərin şişi yeridilib.

Tədqiqatda hər bir xəstədən bədxassəli şişin nümunələri götürülüb. Həmin şişin genomu yəni bütün DNT-nin nukleotid ardıcıllığı təhlil olunub.  Bu spesifik bədxassəli hüceyrə markerlərinin peyda olmasına gətirib çıxaran mutasiyaları müəyyən etməyə imkan verib.

Alimlər eyni zamanda xərçəngin toxumalarından infiltrasiyalı limfositləri xaric edib və hansı immun hüceyrələrin markerləri tanıya bildiyini müəyyənləşdirib.  Lazımi limfositlər çoxaldılaraq yenidən xəstənin orqanizminə qaytarılıb.

Metaztazlı döş xərçəngindən əziyyət çəkən Cudi Perkinsin şişlərindən birinin DNT-də 62 mutasiya aşkarlanıb və  TIL-hüceyrələrdən bəziləri onlardan dördünü hədəfə ala bilib.

Qadın əvvəl standart kimya terapiyasından keçib, ardınca isə orqanizminə həmin markerlər üçün spesifik olan limfositlər daxil edilib. Beş aydan sonra aparılan MRT müayinəsi qadında xərçəngin tam reqresiyyasının baş verdiyini, yəni qadının tamamilə xərçəngdən azad olduğunu ortaya çıxarıb.

1news.az

Paylaş:
1096

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər