Qriqoryanın etirafı: Etirazçılara atəş açmağı Koçaryan əmr etmişdi | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanın etirafı: Etirazçılara atəş açmağı Koçaryan əmr etmişdi

13:00 - 07 / 06 / 2018
Qriqoryanın etirafı: Etirazçılara atəş açmağı Koçaryan əmr etmişdi

Ermənistanda 1 mart mitinqləri zamanı iştirakçıları güllələmək əmrini o vaxtkı prezident Robert Koçaryan verib.

1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb. Məlumata görə, Daxili Qoşunların komandanı olmuş Qriqor Qriqoryan bu günlərdə dindirilərkən belə bir ifadə verib.

Nəşr yazıb ki, Qriqoryanın sorgulaması vacibdir, çünki etirazçılara qarşı həyata keçirilən xüsusi tədbirlərə rəhbərlik edib, hansı ki, həmin hadisələr zamanı 10 nəfər ölüb.

"Qriqoryan o zamankı prezident Robert Koçaryandan etirazçıları güllələmək əmri aldığını etiraf edib. Bununla yanaşı, Koçaryan nümayişçilərə birbaşa atəş açılması, belə hallarda qadağan edilmiş xüsusi vasitələrdən istifadə edilməsinə dair detallı təlimat verib.

Prezident və eyni zamanda ali baş komandan olan Koçaryandan alınmış əmrin daxili qoşunların komandanı yerinə yetirməsinə mane ola bilməzdi. Bundan əlavə, Qriqoryan özünün təhlükəsizliyi üçün onunla Koçaryan arasındakı telefon danışığını qeydə aldığını və sözlərini əsaslandırmaq üçün təqdim edə biləcəyini deyib”.

Qeyd edək ki, 2008-ci il 1 mart tarixində prezident seçkilərinin saxtalaşdırılmasını iddia edən və Serj Sarkisyanın qələbəsini tanımayan müxalifətin Azadlıq meydanında fasiləsiz etiraz aksiyası polis qüvvələri tərəfindən qağıdılmış və müqavimət göstərən etirazçılara qarşı əməliyyata  ordu cəlb olunmuşdu. Toqquşmalar nəticəsində çoxsaylı yaralı və odlu silahdan xəsarət alan  10 nəfər həlak olub. 

P.Sultanova

 

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər