Şarmazanov Paşinyanın proqramını sərt tənqid edib | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov Paşinyanın proqramını sərt tənqid edib

10:59 - 08 / 06 / 2018
Şarmazanov Paşinyanın proqramını sərt tənqid edib

Ermənistan parlamentinin respublikaçı vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın proqramını sərt tənqid edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Şarmazanov proqramda məqsədlər, arzular, istəklər olduğunu, amma bunun ciddi bir siyasi xarakter daşımadığını deyib:

“Sadalanan məqsədlərin və arzuların həyata keçirilməsi üçün heç bir vasitə, konkret addımlar, gözlənilən nəticələrin əldə edilməsi vaxtı göstərilməyib”.

Şarmazanov əlavə edib ki, Paşinyan Ermənistanda mərhələli şəkildə inkişaf gözlənildiyini deyib, amma bu sənəddə iqtisadi artım sürəti üçün hər hansı bir vaxt göstərilməyib. Həmçinin, hökumətin proqramında Ermənistanda yoxsulluğun səviyyəsinin hansı həddə qədər  azalacağı, yeni iş yerlərinin açılması, sənayenin inkişafı haqqında demək olar ki, heç bir söz yoxdur. Belə olan halda yeni iş yerləri necə açılacaq. Sənəddə vurğulanır ki, kənd təsərrüfatını inqilabi tempi ilə inkişaf etdirmək lazımdır. Üzr istəyirəm, amma bu nə deməkdir?

O, sənədin xarici siyasət hissəsinə də toxunub və yeni hökumətin və onun liderinin  əvvəlki hökumətlərin xarici siyasət kursunu davam etdirdiyini deyib: 

“Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı heç bir çağırış yoxdur, üstəlik KTMT ilə əlaqələrin dərinləşməsi təşviq edilir. Aİ ilə tərəfdaşlığın dərinləşməsi hökumətin ən vacib xarici siyasət istiqamətlərindən biri kimi vurğulanır.  Ancaq Fransa, Almaniya, Yunanıstan və Kipr kimi Aİ ölkələri ilə əlaqələr barədə heç nə yoxdur. İran və Gürcüstan barədə də həmçinin. 

Sənəddə ayrıca "Azad, layiqli və xoşbəxt vətəndaş" adlı bir fəsli də var. Biz hamımız vətəndaşlarımızın azad, ləyaqətli və xoşbəxt olmasını istəyirik. Ancaq xahiş edirəm deyin, xoşbəxt bir vətəndaşın hansı dəyər sistemi olmalıdır, milli, universal və xristian dəyərləri haqqında heç bir söz yoxdur, niyə?

Şarmazanov, həmçinin sərhədyanı icmaların məsələsinə də toxunaraq qeyd edib ki, ölkənin  Azərbaycan tərəfindən daim təhlükə altında olan sərhəd sahələrinə malik olmasına baxmayaraq, hökumət bu məsələdəki siyasəti barədə bir söz demir.

Respublikaçı vitse-spiker "bu, hökumətin proqramıdır, yoxsa bir fincan kofe ətrafında söhbət", deyə bildirib.

P.Sultanova

 

Paylaş:
576

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər