İtaliyada silsilə tətillər ictimai nəqliyyatın hərəkətini iflic edib | 1news.az | Xəbərlər
Dünya

İtaliyada silsilə tətillər ictimai nəqliyyatın hərəkətini iflic edib

17:37 - 09 / 06 / 2018
İtaliyada silsilə tətillər ictimai nəqliyyatın hərəkətini iflic edib

İtaliyada baş verən silsilə tətillər nəticəsində dəmiryol, avtobus, hava nəqliyyatının hərəkəti iflic olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tətillər öz təsirini daha çox Roma və Turin şəhərlərində göstərib.

Yüksəksürətli “FS” və “İtalo” dəmiryolu şirkətlərinin xidmətlərində fasilələrin olmayacağı ilə bağlı zəmanət verilsə də, milli dəmiryolçuların tətil edəcəkləri də gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər