Tramp: Kim Çen Inlə görüş çox yaxşı keçdi
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inlə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.
1news.az Yonhap agentliyinə istinadla xəbər verir ki, Donald Tramp görüşün gözlənildiyindən daha yaxşı keçdiyini və tərəqqi əldə etdiklərini vurğulayıb.
O, böyük problemlərinin həllinə nail olacaqlarını deyib.
Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.
1news.az