Almaniyada hava şarı qəzası - 6 nəfər xəsarət aldı | 1news.az | Xəbərlər
Dünya

Almaniyada hava şarı qəzası - 6 nəfər xəsarət aldı

16:21 - 17 / 06 / 2018
Almaniyada hava şarı qəzası - 6 nəfər xəsarət aldı

Almaniyanın qərbində, Varendorf şəhərinin yaxınlığında hava şarının qəzaya uğraması nəticəsində 6 nəfər xəsarət alıb.

1news.az xəbər verir ki, hadisə ötən gün yerli vaxtla 20:55-də baş verib. Şarın qəzaya uğradığı zaman güclü yağış yağdığı qeyd olunur. Şar yerə 10 metr yüksəklikdən düşüb.

Xəsarət alan 6 nəfərdən 3-ü ciddi xəsarətlər alıblar. Onlarda biri helikopter vasitəsi ilə xilasetmə xidmətinin xəstəxanasına çatdırılıb.

Hadisənin daha dəqiq səbəbləri araşdırılır.

1news.az 

Paylaş:
1302

Son xəbərlər

Bütün xəbərlər