Yaponiyada güclü zəlzələ olub: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada güclü zəlzələ olub: ölən və yaralananlar var

12:51 - 18 / 06 / 2018
Yaponiyada güclü zəlzələ olub: ölən və yaralananlar var

İyunun 18-də səhər saatlarında Yaponiyanın Osaka prefekturasının şimalında 6,1 bal gücündə zəlzələ olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Yaponiyanın Meteorologiya Agentliyinin 7 ballıq cədvəlinə əsasən zəlzələyə 6 bal intensivlik verilib. Sunami təhlükəsi elan edilməyib. Yeraltı təkanlar Hyoqo, Kioto, Şiqa və Nara prefekturalarında hiss olunub.

Yerli vaxtla saat 11:15 dəqiqədə yayılan məlumata görə, zəlzələ nəticəsində 3 nəfər həlak olub, 10-dan çox sakin müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Qonşu Fukui prefekturasının rəsmi nümayəndələrinin bildirdiyinə görə, ərazidə yerləşən 15 atom reaktorunda ştatdankənar vəziyyət qeydə alınmayıb.

Zəlzələ nəticəsində “Şinkansen” sürət qatarlarının hərəkətində fasilə yaranıb. Yeraltı təkanlar yerli dəmir yolu xətlərində qatarların hərəkətinə də maneə yaradıb.

Regiondakı üç aeroportun işi dayansa da, sonradan bərpa olunub.

Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

1news.az

Paylaş:
382

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər