Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir

16:01 - 19 / 06 / 2018
Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana iki günlük səfərə gəlir.

1news.az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Dövlət Dumasından məlumat verilib. Bildirilib ki, Duma sədri iyunun 24-25-də Azərbaycanda səfərdə olacaq.  

Səfər çərçivəsində Vyaçeslav Volodinin Azərbaycan prezidenti və Milli Məclisin sədri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, iki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı müzakirə olunacaq.

1news.az

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər