Seyran Ohanyan dindirilib | 1news.az | Xəbərlər
Ermənistan

Seyran Ohanyan dindirilib

09:47 - 21 / 06 / 2018
Seyran Ohanyan dindirilib

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan çalışdığı müddətdə orduda baş vermiş sui-istifadə halları ilə bağlı dindirilib.

1news.az xəbər verir ki, bu barədə Ohanyan "Azadlıq" radiosuna açıqlamasında deyib.

Lakin o, detalları açıqlamayıb, vurğulayıb ki,  aparılan ilkin araşdırma prosedurları əsasında bu suala cavab verə bilməz: "Hər şey ordunun fəaliyyətinə aiddir".

Qeyd edək ki, Ermənistan ordusuda sui-istifadə, mənimsəmə halları ilə bağlı araşdırma aparılır. Bundan əvvəl Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryan  həbs edilib. O, bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda Qriqoryan, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

P.Sultanova

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər