Türkiyədə gecə klubunda atışma olub, ölənlər var
Türkiyənin Bodrum şəhərindəki “Medusa” gecə klubunda baş vermiş atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb.
Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.
Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.
İnsidentin səbəbləri müəyyənləşdirilir.
APA
359