Lukaşenko: Belarus müstəqilliyini itirə bilər | 1news.az | Xəbərlər
Dünya

Lukaşenko: Belarus müstəqilliyini itirə bilər

18:00 - 24 / 06 / 2018
Lukaşenko: Belarus müstəqilliyini itirə bilər

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, A.Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.

A.Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər:

“Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər”.

S.Xankişiyeva

 

Paylaş:
369

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər