Türkiyədə keçirilən seçkilər başa çatıb – YENİLƏNİB
Türkiyənin Yüksək Seçki Şurasının (YSK) qərarına ilə ölkə ərazisində keçirilən növbədənkənar prezident və parlament seçkiləri başa çatıb.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, yerli vaxtla saat 08.00-da açılan seçki məntəqələri 17.00-da bağlanıb.
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün sözlərinə görə, seçkilər zamanı hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb.
Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da seçkilərdə qanunvericiliyə zidd hər hansı bir ciddi hadisə baş verməyib.
Eyni zamanda ATƏT müşahidəçiləri seçkilərin monitorinqində məhdudiyyətlər aşkar etməyib.
11.00
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə səsvermə başlayıb. Ankara vaxtı ilə saat 8.00-da başlanan səsvermə saat 17.00-da başa çatacaq.
1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, prezidentlik uğrunda Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karamollaoğlunun mübarizə aparır.
Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda mübarizəyə isə 8 siyasi partiyanı təmsil edən namizədlər qatılıblar.
Səsvermə prosesini izləmək üçün 34 ölkədən 650 KİV təmsilçisinə, eləcə də 500 yaxın beynəlxalq müşahidəçiyə icazə verilib.
Ali Seçki Komissiyasının məlumatına görə, səsvermənin ilkin nəticəsinin günün sonunadək açıqlanması nəzərdə tutulub.
S.Xankişiyeva