“Survivor”da qətl: operatoru öldürdülər – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“Survivor”da qətl: operatoru öldürdülər – FOTO – VİDEO

10:37 - 28 / 06 / 2018
“Survivor”da qətl: operatoru öldürdülər – FOTO – VİDEO

Tv8 kanalının rəhbəri Acun Ilıcalının komandasının üzvü Alper Baycın Dominikan Respublikasında cinayətkar qrup tərəfindən öldürülüb.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə “Survivor” yarışmasının rəhbəri Acun Ilıcalının özü məlumat verib.

“Survivor”un ümumi koordinatoru Esat Yontunc isə Dominikanda cinayətkar dəstə tərəfindən öldürülən operator Alper Baycın üçün sosial şəbəkə hesabından “Rəbbim məkanını cənnət etsin” qeydi ilə bir foto paylaşıb.

Məlumata görə, Alper Las Terrenas şəhərində işdən çıxan zaman iki soyğunçunun hücumuna məruz qalıb. Çantasını almağa çalışan cinayətkarlara qarşı müqavimət göstərən zaman isə cinayətkarlardan biri onu ürəyindən bıçaqlayıb. Alper hadisə yerində həyatını itirib, cinayətkarlar isə az sonra polis tərəfindən yaxalanıblar.

Hadisə səbəbindən Şimali Kipr Türk Cümhuriyyətində  gerçəkləşdiriləcək yarımfinal canlı yayımı ləğv edilib.

Qeyd edək ki, “Survivor” yarışında bu zamana kimi ilk dəfə belə bir xoşgəlməz olay yaşanıb.

1news.az

Paylaş:
1898

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər