Erməni ordusunun özbaşnalığı: kapitan əsgərin ailəsindən 15 000 dram alıb | 1news.az | Xəbərlər
Ermənistan

Erməni ordusunun özbaşnalığı: kapitan əsgərin ailəsindən 15 000 dram alıb

11:10 - 28 / 06 / 2018
Erməni ordusunun özbaşnalığı: kapitan əsgərin ailəsindən 15 000 dram alıb

Erməni ordusunun əsgəri bir neçə ay müddətində ailəsindən yemək almaq üçün 5000 dram (10 400 dollar) istəyir.

Bu haqda Epress.am-a onun xalası (adının açıqlanmasını istəməyib) danışıb. Həmin qadın əsgərin adını söyləmək istəməyib:

“O, ali təhsillidir. Buna görə də Arsaxa göndərdilər. Göndəriləndən 10 gün sonra aprel döyüşləri başlayır. Biz düşündük ki, əgər o əsgərdirsə, onu 6 ay ön cəbhəyə aparmazlar. Döyüşlər gedən zaman düşündük ki, o, hərbi hissədədir”.

Onun sözlərinə görə, aprelin 2-də bir sıra əsgərləri kəndə aparıblar:

“Əsgərlər orada altı ay qalıb. Oraya getmək 3-4 saat alırdı. Onlar tanklarda yatırdı. Azərbaycanlının köhnə, dağınıq evində yaşayır, çayda çimirdilər. Evə gələndə o bildirirdi ki, altı ay elektrik nədir bilməyiblər”.

Ailəsi əvvəlcə ona azuqə göndərirdi, daha sonra əsgər pul istəyir:

“5000 dram istədi. Guya əsgərlər öz aralarında pul toplayaraq qida alırlar. Kapitanın bank hesabını aldıq. 3 ay müddətinə hansısa qadının əli ilə oraya pul köçürdük”.

Əsgərlik müddəti bitənə qədər əsgər ailəsindən 15 000 dram alır:

“Guya əvvəlki əsgərlər tankdan benzin oğurlayıblar. Bunun üstünü ört-basdır etməyi bizdən tələb ediblər. Bu hadisə əsgərlərin heç bir yerə, heç kəsi görmədiyi halda baş verir. Əlbəttə ki, o vətənə xidmət edirdi. Lakin əsgəri müflis günə qoymaq nəyə lazım idi?”.

Həmsöhbət bildirib ki, bu, yeganə hadisə deyil:

“Aparandan olan tanışının nəvəsi üçün də 5000 pul göndərməli olub”.

 Həmin qadın Müdafiə Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlamaq istəyib:

“Arsrun Ovanisyana yazmaq mümkün deyildi. Buna görə də Facebook-da şərh bölməsində müraciət yazmalı oldu”.

Əgər ölkənin dəyişəcəyini bilsəydik, bank hesablarının qəbzlərini və telefon nömrələrini saxlayardıq. Bu gün maddi sübut kimi göstərərdik.

Qriqoryanın qurbanlarından biri: Onlar qardaşımın bədən hissələrini göndərəcəkləri ilə hədələdilər - FOTO

Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO

“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1143

Son xəbərlər

Bütün xəbərlər