Vaçaqan Kazaryan həbs olunub | 1news.az | Xəbərlər
Ermənistan

Vaçaqan Kazaryan həbs olunub

11:24 - 28 / 06 / 2018
 Vaçaqan Kazaryan həbs olunub

Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti rəisinin sabiq müavini Vaçaqan Kazaryan həbs olunub.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki, qurumdan məlumatı təsdiqləyiblər.

Məhkəm onun barəsində həbs qətimkan tədbiri seçib. V.Kazaryana iki maddə üzrə cinayət işi açılıb. O, gəlirləri gizlətmək və qeyri-qanuni yolla küllü miqdarda vəsait əldə etməkdə təqsirli bilinir.

Qeyd edək ki, iyunun 20-də onun mənzilində axtarış zamanı 35,000,000 dram, 1,110,400 dollar, 230,500 avro, qarajdan daha 2 min dollar tapılıb.

İyunun 25-də isə "Ardşinbank” dakı hesabında 50.000 ABŞ dolları,  Unibank-dakı hesabında isə  120.000 ABŞ dolları və 436.000.000 dram olduğu aşkarlanıb və dərhal istintaqa cəlb olunub.

P.Sultanova

Paylaş:
954

Son xəbərlər

Bütün xəbərlər