Sabiq deputat: Qorxu, qan davası, intiqam - Qriqoryanların davranış tərzi idi
Ermənistanın müdafiə nazirinin sabq müavini, deputat, general Manvel Qriqoryanın həbsindən sonra erməni mediası onun törətdiyi cinayətlərdən yazır. Məlum olur ki, Qriqoryanın qurbanlarının sayı hesabı yoxdur. Amma o, bu cinayətləri tək etməyib, hazırda həbsdə olan arvadı Nazik Amiryan və oğlu Eçmiədzinin sabiq meri Karen Qriqoryan da generala “yardım” ediblər.
Ermənistan parlamentinin keçmiş deputatı, biznesmen Hakob Hakobyan hesab edir ki, qriqoryanların həbsi ilə Eçmiədzin “azad edilib”. O, erməni mətbuatına açıqlamasında deyib ki, hazırda Eçmiədzində yaxşı bir əhval ruhiyyə hökm sürür:
“İnsanlar yüksək əhvalla küçəyə çıxırlar, gəzirlər, qorxmadan, sakit şəkildə şəhərdə hərəkət edirlər. Bu gün eçmiədzinlilər qanunlara hörmət etməyi daha çox hiss edirlər, nəinki əvvəllər.
Əvvəllər heç kim qanunauyğunluq barədə düşünməmişdi. Manveldən sonra insanlar daha çox qanuna tabe olmağa başlayıblar, Manvel onların qanunlara tabe olmalarının qarşısını alırdı”.
Sabiq deputatın sözlərinə görə, o, Qriqoryanın son günlərdə mətbuatda yazılanlardan daha çox etdiyi cinayətlər, sui-istifadə halları barədə bilir:
“Əgər Manvelin təsiri olmasaydı, “Yerkrap” Könüllülər Birliyinin nümayəndələri düzgün iş görərdilər. Mən onları xəbərdar etmişdi, əgər Qriqoryanın əsil üzünü görsələr, onu tərifləməyi dayandırardılar, amma heç kim məni eşitmədi. Manvel “Yerkrap”ı özünün soyğunçuluğunun qarantına çevirdi”.
Hakopyan Qriqoryanın vəkilinin guya onun bütün bunlardan xəbəri olmadığını və öz nüfuzunu bərpa edəcəyinə dair açıqlamasını mümkünsüz hesab edib:
“Manvel ailəsinin və ya merin işi barədə hər şeyi bilirdi. İstənilən məsələ Manvelin qərarına əsasən həll olunurdu. Məsələn, bir adamın merlə problemi var idisə, ora gedirdi, amma məsələ həll olunmurdu və onu Nazikin yanına göndərirdilər. Nazik "birinci instansiya" idi. Əgər problemin həll olunmayacağına dair bir qərar olurdusa, o zaman həmin adamı Manvelin yanına göndərirdilər. Və bir çoxları problemlərinin həll edilməməsini Manvelin yanına getməkdən üstün tuturdular, çünki Manvelin yanına getmək tələyə düşmək və mövcud olanl əmlaklarını itirməyə bərabər idi.
Manvel Eçmiədzində istənilən problemi, qarajlardan başlamış, ciddi problemlərə qədər həll edirdi.
Onların “Yerkrap” vasitəsilə qanunsuz qazanılmış pulların daxil olduğu hesabları vardı, pullar burda yuyulurdu. Beləliklə, bunların hamısını Manvelyanların problemi həll etdiyini insanlar tərəfindən görülürdü”.
Sabiq deputat Eçmiədzində sevinc və coşğu olduğunu, insanların uzun müddətli problemləri mümkün qədər tez həll etməyə çalışdıqlarını deyib:
“Qorxu, qan davası, intiqam ... belə bir şeylər yoxdur. Bunlar Manvel Qriqoryanın və oğlunun davranış tərzi idi”.
P.Sultanova