Mxitaryan Azərbaycan torpağını Ermənistanın ən görməli yeri adlandırdı
“Arsenal” klubunun erməni yarımmüdafiəçisi Henri Mxitaryan turistləri Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə səfər etməyə çağırıb.
1news.az-ın Panarmenian saytına istinadən verdiyi xəbərə görə, futbolçu Sports.ru-ya müsahibəsində Yerevanı dünyada ən yaxşı şəhər adlandırıb:
“Mənim üçün Yerevan ən yaxşı şəhərdir. Orada dostlarım, qohumlarım, ailəm yaşayır. Bu şəhər mənə çoxlu güc verir”.
Ermənistanın ən görməli yerlərindən danışan Mxitaryan Xor Virap və Qarni kilsələri, Qeqard kilsələr kompleksi ilə yanaşı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin də adını çəkib.
Qeyd edək ki, Mxitaryan qanunsuz olaraq Qarabağa səfər edib.
1news.az
544