Metroda terror aktı törədən sekta rəhbəri və “nazirləri” edam edildi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Metroda terror aktı törədən sekta rəhbəri və “nazirləri” edam edildi - FOTO

13:48 - 06 / 07 / 2018
Metroda terror aktı törədən sekta rəhbəri və “nazirləri” edam edildi - FOTO

Yaponiyada "Aum Sinrikö" sektasının banisi və rəhbəri, 63 yaşlı Tidzuo Masumoto və sektanın daha 6 rəhbəri ilə bağlı məhkəmənin verdiyi edam hökmü dünən gerçəkləşdirilib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, “Söko Asahara” kimi tanınan T.Masumotonun sektası 1995-ci ildə Tokio metrosunda terror aktı törətmişdi.

Teraktla bağlı məhkəmə prosesi 20 ildən artıq davam edib.

Yaponiyanın Ədliyyə Nazirliyi "Aum Sinrikö"nün 7 rəhbərinin edam olunduğunu təsdiqləyib. Bunu ədliyyə naziri Yoko Kamikava dünən Tokioda keçirdiyi mətbuat konfransında deyib.

Yaponiya hökumətinin baş katibi Yosihidö Suqa isə bildirib ki, "Aum Sinrikö"nun Tokio metrosunda gerçəkləşdirdiyi terror aktı kimi olayların bir daha təkrarlanmaması üçün ölkə polisi əlindən gələni edəcək.

Söko Asaşara ilə birlikdə asılanlar arasında 68 yaşlı Kiyohide Hayakava da var. "Aum Sinrikö"da o, Asaharadan sonra ikinci adam olmaqla yanaşı, sektanın beynəlxalq əlaqələrinə nəzarət edirdi.

"İnşaat naziri" qismində o, Yaponiynın Yamanasi prefekturasında zəhərli zarin qazı istehsal edən zavodun tikintisinə rəhbərlik etmişdi.

"Aum Sinrikö"nün üzvləri bu zəhərli qazı 1995-ci ildə Tokio metrosunda yaymışdılar.

Sektada "mənəvi imperatorun daxili işlər naziri" olmuş 55 yaşlı Tomomasa Nakaqava da edam olunub. Bilavasitə o, Tokio metrosunda zarin qazını yayıb, bu qazın istehsalı ilə məşğul olub.

Yaponiyanın Masumoto şəhərində zarindən istifadə etməklə terakt törədənlər arasında Nakaqava da vardı. O, sektanın fəaliyyətini araşdırmağa başlamış vəkilin qətlində də iştirak edib.

Məhkəmə Tomamasa Nakaqavanı 24 nəfərin ölümündə suçlu bilib.

"Aum Sinrikö"nün rəhbərlərindən biri, Tokio metrosundakı qaz hücumunun koordinatoru və daha 10 cinayətdə suçlu bilinmiş 48 yaşlı Yosihiro İnoue də edam olunub.

Asılmış digər şəxslər sektanın baş kimyaçısı Masami Sutiya, "səhiyyə və sosial təminat naziri", zarin istehsalı ilə məşğul olmuş Seyiiti Endo, "əks-kəşfiyyat rəhbəri" və diversiyaların təşkilatçısı 54 yaşlı Tomomisu Niimidir.

"Dünyanın sonuna az qalıb" deyən "Aum Sinrikö" sektası fanatik üzvlərinin vasitəsilə "son savaş"ı gerçəkləşdirmək istəyirdi.

Sekta 1995-ci ilin martın 20-də Tokio metrosunda 5 qatarda zarin qazını püskürdüb. Terrorçuların hər birində içində zarin olan paket vardı. Onlar paketi çətirlə deşərək vaqonlarda qoyub çıxmışdılar.

Teraktda 13 nəfər həlak olmuş, 6342 nəfər xəsarət almışdı.

Özünü İsa Məsih, Budda və Şivanın reinkarnasiyası adlandıran Söko Asaharanı 2004-cü ildə məhkəmə 13 maddə ilə suçlu bilərək edam cəzasına məhkum etmişdi.

1news.az

Paylaş:
1248

Sizin üçün xəbərlər

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər