Gürcüstan prezidentinin kürəkəni güllələndi | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan prezidentinin kürəkəni güllələndi

09:44 - 06 / 07 / 2018
Gürcüstan prezidentinin kürəkəni güllələndi

Gecə saatlarında Gürcüstan prezidentinin kürəkəni Mindio Qoqoçuri silahlı hücum nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı “Rustavi 2” telekanalı məlumat verib.

“Respublika xəstəxanasına çatdırılan Qoqoçuri əməliyyat olunub”, - məlumatda bildirilib.

Qeyd edilib ki, Gürcüstan Daxili İşlər Nazirliyində məsələnin araşdırılmasına başlanıb. Hadisənin təfərrüatı məlum deyil.

Qoqoçuri birinci xanımın qızı ilə qeydiyyatsız nikahda yaşayır. O, 2017-ci ilin yanvarında da diqqət mərkəzinə düşmüşdü. Həmin vaxt o və dostu şəhərin mərkəzində güllələnmişdi.

S.Xankişiyeva

 

Paylaş:
785

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər