Ağdamın işğalından 25 il keçir | 1news.az | Xəbərlər
Siyasət

Ağdamın işğalından 25 il keçir

09:50 - 23 / 07 / 2018
Ağdamın işğalından 25 il keçir

Bu gün Ağdam rayonunun ermənilər tərəfindən işğalından 25 il keçir.

1news.az xəbər verir ki, 1993-cü il iyulun 23-də Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib.

1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam edilən birinci hücum nəticəsiz qaldıqdan sonra ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir.

İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 13 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub. Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Hazırda rayonun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

Rayondakı tarixi, mədəni, dini abidələrin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilib. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu kümbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansaray vəhşicəsinə dağıdılıb.

Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigari, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.

Ermənilər Ağdamın təbii sərvətlərini də vəhşicəsinə talan etməkdə davam edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, işğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib.

Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

Babək Cahandarov

Paylaş:
1156

Son xəbərlər

Kamaləddin Qafarov: “Bu gün Şuşanın yeni tarixi yazılır”12 / 05 / 2024, 12:42Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir11 / 05 / 2024, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEO11 / 05 / 2024, 17:55Azərbaycanda zəlzələ olub11 / 05 / 2024, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib11 / 05 / 2024, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir11 / 05 / 2024, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 311 / 05 / 2024, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQ11 / 05 / 2024, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil11 / 05 / 2024, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir11 / 05 / 2024, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir11 / 05 / 2024, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir11 / 05 / 2024, 15:27Bakıda mənzildə meyit tapılıb11 / 05 / 2024, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - Prezident11 / 05 / 2024, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib11 / 05 / 2024, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir11 / 05 / 2024, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək11 / 05 / 2024, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar11 / 05 / 2024, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıb11 / 05 / 2024, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilib11 / 05 / 2024, 13:42
Bütün xəbərlər