İrəvan Rusiyanın hərbi bazasına dair müqaviləni yenidən nəzərdən keçirəcək
Ermənistan Rusiyanın hərbi bazasına dair müqavilənin bəzi müddəalarını yenidən nəzərdən keçirəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə müdafiə naziri David Tonoyan bildirib.
Onun sözlərinə görə, bunlar daş üzərində oyulmuş sənədlər deyil və zamanla hüquqi-müqavilə dəyişiklikləri tələb edən problemlər yaradır: “Bu əlbəttə ki, həyata keçiriləcəkdir”.
Tonoyan əlavə edib ki, Panikdə baş verən son hadisələr bəzi dəyişikliklərin tətbiqini sürətləndirə bilər.
P.Sultanova
644