Əmisi tərəfindən zorlanan qız prezidentdən kömək istədi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Əmisi tərəfindən zorlanan qız prezidentdən kömək istədi – VİDEO

16:51 - 26 / 07 / 2018
Əmisi tərəfindən zorlanan qız prezidentdən kömək istədi – VİDEO

Türkiyənin Manisa vilayətində doğma əmisi tərəfindən zorlandığı iddia edilən Bahar Doğrul adlı gənc qız, sosial şəbəkə hesabından yayımladığı video ilə prezidentə səslənərək kömək istəyib.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 18 yaşlı qız bunları söyləyib:

“Mənim adım Bahar Doğruldur. 18 yaşındayam. Əmim tərəfindən cinsi zorakılığa məruz qaldım. Ədalətin yerini tapmasını istəyirəm. Səsimi eşitmələrini istəyirəm. Özgecan Leyla kimi olduqdan sonramı səsimi eşidəcəklər? Bizim də mi ölməyimiz lazımdır?

Mənim kimi nə qədər qızlar var, qorxurlar, başlarına gələni deyə bilmirlər. Cənab prezidentimizə səslənirəm. Xahiş edirəm səsimi eşitsin. Getmədiyim yer qalmadı. Bu insanların cəzasız qalmalarını istəmirəm”.

Görüntülər sosial şəbəkədə minlərlə dəfə paylaşılıb və izlənilib.

1news.az

Paylaş:
2016

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər