Koçaryan və Xaçaturov istintaq orqanında dindirilib

Ermənistanın ikinci prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturov 1 mart 2008-ci il hadisələri ilə bağlı xüsusi istintaq xidmətində dindiriliblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, hazırda Yuri Xaçaturovla bağlı istintaq tədbirləri aparılır. O, həmin hadisələr zamanı Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun rəisi vəzifəsində olub.
Xatırladaq ki, 2008-ci ilin 1 mart tarixində erməni ordusu tərəfindən dinc aksiya iştirakçılarına atəş açılıb, nəticədə 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.
P.Sultanova
640