“Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları artilleriya atışlarını məşq etdiriblər
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını məşq etdiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib, eləcə də gəmilərin müxtəlif üsullarla yanalmasını məşq etdiriblər.
Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.
521