Jirinovskidən təklif: Ruslar Suriyaya pulsuz səyahət etsinlər | 1news.az | Xəbərlər
Dünya

Jirinovskidən təklif: Ruslar Suriyaya pulsuz səyahət etsinlər

09:45 - 31 / 07 / 2018
Jirinovskidən təklif: Ruslar Suriyaya pulsuz səyahət etsinlər

Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ruslar üçün  Suriyaya pulsuz turların təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.

1news.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Mən artıq Soçi və Krımda olanların Suriyaya pulsuz səyahətlərinin təşkil edilməsi məsələsini qaldırmaq istəyirəm. Onlar böyük təyyarələrdə uçub, Aralıq dənizi sahillərində istirahət edə bilsinlər”, - Jirinovski yazdı.

O, həmçinin Rusiya vətəndaşlarına iki ay- iyul və avqust aylarında ardıcıl istirahət imkan verən yeni qanun layihəsi təqdim etmək niyyətini də açıqlayıb:

"On ay ağır iş və uzun yaz tətili hüququ".

1news.az

Paylaş:
708

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər