Koçaryan həbsxanada kef edir: idmanla məşğul olur, kitab yazır

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan özünü çox yaxşı hiss edir.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Koçaryanın ofis rəhbəri Viktor Soqomonyan deyib:
“Koçaryan özünü çox yaxşı hiss edir. O, gündəlik məşqlərinə davam edir. Əhvalı da əladır, necə deyərlər “döyüşkən”dir”.
Soqomonyan bildirib ki, Koçaryan həm də avtobioqrafik kitabı üzərindəki işini davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci il mitinqinin dağıdılması barədə göstəriş verməkdə və 10 nəfərin ölümündə təqsirləndirilir. Ona qarşı, həmçinin, konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb.
S.Xankişiyeva
Əks-inqilabın qanlı simvolu – Robert Koçaryan
Köçəryan: Mənim həbsimlə Azərbaycanda yaşanacaq sevinci təsəvvür edirəm