Məşhur reperi canlı yayımda güllələdilər – VİDEO
ABŞ-lı dünyaca məşhur reper "Project Youngin" avtomobilində canlı yayım edərkən silahlı hücuma məruz qalıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, iyun ayında məşhur reper XXXTentacionun öldürülməsi dünyada şok effekti yaratmışdı. "XXXTentacion" təxəllüsü ilə tanınan Jahseh Dwayne Onfroy avtomobilində döyüldükdən sonra silahla vurularaq öldürülüb. Xəstəxanaya yerləşdirilən reperin həyatını xilas etmək mümkün olmamışdı.
Yaşanan bu olay hələ unudulmamışkən "Project Youngin"təxəllüsü ilə tanınan reper Rasheed Jamaal Hall eyni ilə XXXTentacion kimi avtomobilindəykən silahlı hücuma məruz qalıb.
Florida şatatında yaşanan olayda 25 yaşlı reper yaxın zamanda çıxaracağı albom ilə bağlı Instagram-dan canlı yayım edib. Bir anda gələn silah səslərindən sonra reper telefonu əlindən yerə salıb. Ard-arda açılan atəşdən sonra məşhur reperin ağır yaralı olduğunu təxmin edilir.
Hall-un vəziyyəti ilə bağlı, hələ ki, rəsmi qurumlardan açıqlama verilməyib. Hall-un özü kimi musiqiçi olan yaxın dostu Foolio isə sosial şəbəkə paylaşımında "Onun üçün öldü demək fikrindən əl çəkin" deyərək, dostunun hələ də müayinə altında olduğuna işarə verib.
Florida polisi olaydan sonra araşdırmaya başlayıb.
1news.az