MAR-da rusiyalı jurnalistlərin qətlinin təfərrüatları
Mərkəzi Afrika Respublikasına (MAR) çəkiliş üçün gedən rusiyalı jurnalistlərə 10 nəfər hücum edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə yerli məmur Marsel Yoyo deyib.
Onun sözlərinə görə, jurnalstlərə Sibuta şəhəri yaxınlığında təxminən axşam saat altı radələrində hücum edilib: "Təhlükəsizlik qüvvələrinin əməkdaşları onlara artıq qaranlıq olduğu və şəhərdən çıxmamağı tövsiyə etsələr də, onlar getməkdə təkid göstəriblər. Hücum edənlərin hamısı əmmamədə olublar və ərəbcə danışıblar".
Qeyd edək ki, Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğlu Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenkodan ibarət jurnalist qrupunun sahibkar, ictimai xadim Mixail Xodorkovskinin “Araşdırmaların İdarə Olunması Mərkəzi” tərəfindən göndərildiyi təsdiqlənib. İlkin versiya kimi hücumun qarət məqsədilə edildiyi irəli sürülüb. Jurnalistlərin üzərində bahalı texnika olub.
Mövzu ilə bağlı:
Heydər Camalın oğlu və iki həmkarı Afrikada qətlə yetirilib
P.Sultanova