Ərdoğan terror hücumuna məruz qalmış 11 aylıq körpənin dəfnində – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan terror hücumuna məruz qalmış 11 aylıq körpənin dəfnində – FOTO

12:35 - 02 / 08 / 2018
Ərdoğan terror hücumuna məruz qalmış 11 aylıq körpənin dəfnində – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridə terror hücumu zamanı həlak olan 25 yaşlı Nurcan Karakay və onun 11 aylıq oğlu Mustafa Bədirxan Karakayın dəfn mərasimində iştirak edib  

Ölkə başçısı həlak olanların yaxınlarına və ailə üzvlərinə başsağlığı verib.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, Ərdoğan bəyan edib ki, Türkiyə Parlamenti təsdiq edərsə, ölüm hökmünü təsdiq edəcəyinə hazırdır:

“Əgər parlamentarilər təsdiq edərsə və mənə imzalanmağa göndərilərsə, düşünmədən bu qərarı imzalayacağam. PKK terrorçuları bu cinayətin cəzasını çəkəcək”.

Dövlət başçısının sözlərinə görə, terror aktı zamanı körpənin ölümü PKK-nın kimliyini ortaya çıxarır.

Qeyd edək ki, türk zabit ailəsilə avtomobildə gedərkən PKK terrorçuları tərəfindən yol kənarına quraşdırılmış bomba partlayıb.

Hadisə zamanı qadın yerindəcə həlak olub. Yaralanmış körpə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
796

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər