Azyaşlı qızları fahişəliyə cəlb edən dəstənin üzvləri tutuldu – FOTO – VİDEO
Kolumbiyanın Kartahena şəhərində Liliana del Karmen Kampos Puello adlı qadın tutulub. O, 250 nəfər uşağı və yeniyetməni fahişəliyə vadar etməkdə, azyaşlıları və yetkinlik yaşına çatmamışları cinsi istismara məruz qoymaqda, fahişəxana saxlamaqda günahlandırılır.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Puello ilə birlikdə, onun qurduğu mütəşəkkil cinayətkar dəstənin 18 üzvü də tutulublar.
Onlar azyaşlı və yeniyetmə qızları bordellərdə "müştəri"lərə təklif edirdilər,
Puellonun dəstəsinin qurbanlarının ən kiçiyi 9, ən böyüyü 17 yaşdadır.
"Madam" ləqəbli Puellonu həmin binəvalar "gələcəyimizi məhv edən insan" adlandırırlar.
"Madam"ın toruna saldığı qızların hamısının bədənlərinə xüsusi döymə, tatu vurulub.
O, Kolumbiya və Venesueladakı şəhərlərin yoxsullar yaşayan məhəllələrini əlaltıları ilə dolaşır, qızlara "yaxşı gələcək" vəd edərək aldadır, sonra bordellərinə apararaq döyür, qorxudur, fahişəliyə vadar edirdi.
Kartahena şəhərinə çatanda qızların sənədləri və əşyaları əllərindən alınırdı.
16-17 yaşlı qızlar varlıların yaxtalarına, villalarına göndərilirdi. Azyaşlılar isə bordellərdə və şəhər küçələrində "müştəri ovu"na çıxmalı idilər.
1news.az