Qadın onu dişləyən ilanı xəstəxanaya apardı – VİDEO
Çində qadın onu sancan ilanı tutub və xəstəxanaya yollanıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, olay Çinin Çendu bölgəsindəki Puszyan şəhərində yaşanıb.
Xəstəxananın qəbul şöbəsinə yaxınlaşan qadın "Məni ilan dişləyib - baxın, bu ilan" deyib.
Həkimlər gəliblər və müayinə aparıblar.
İlanın zəhərli olmadığı, qadının da ciddi xəsarət almadığı bəlli olub.
Həkim Xuan Şenszyanın dediyinə görə, ilanın dişlədiyi yerin ətrafında şiş yox idi: "İlan zəhərli deyildi. Ona görə pasiyentə adi qaydada prosedür müalicəsi yazdıq".
20 yaşlı qadının dediyinə görə, ilan onu kolluğa düşmüş telefonunu axtaranda sancıb.
1news.az
844