Erməni atalarını öldürən bacılardan yeni xəbər | 1news.az | Xəbərlər
Dünya

Erməni atalarını öldürən bacılardan yeni xəbər

10:44 - 06 / 08 / 2018
Erməni atalarını öldürən bacılardan yeni xəbər

Moskvada erməni atalarını öldürməkdə şübhəli bilinən Xaçaturyan bacıları cəzaçəkmə müəssisəsində ayr-ayrı kameralarda yerləşdiriliblər.

1news.az RİA-Novosti-yə istinadla xəbər verir ki, hüquq müdafiəçisi İvan Melnikov hazırda onların karantin mərhələsi keçdiklərini deyib.

İ. Melnikovun sözlərinə görə, böyük və kiçik bacı tək kameraya yeləşdirilib, ortancıl bacı olan kamerada isə daha iki məhkum var. Onlar ümumi şərtlərlə təmin olunurlar, lakin indiyədək şəxsi ehtiyacları barədə istəkləri olmayıb.

Hüquq müdafiəçisi bildirib ki, qızlar həm hadisənin özündən, həm də ayrıldıqlarına görə şok altındadırlar. Çünki bacılar həmişə bir yerdə olublar.

O, ataları barədə gəzən şayələrdən çıxış edərək, cəzaçəkmə müəssisəsinin rəhbərliyindən qoruyucu tədbirlərin görməsini xahiş edib.

Qeyd edək ki, Moskvada üç qız 57 yaşlı atalarını şəxsi ittihamlar səbəbindən bıçaqlayaraq qətlə yetiriblər.

11-ci sinif şagirdi olan kiçik bacının atasına 35 bıçaq zərbəsi vurub. Daha sonra onlar polisə məlumat veriblər. Qızlar avqustun 2-də həbs ediliblər.

Xaçaturyan narkotik aludəçisi olub və qızlara işgəncə verib

1news.az

 

 

 

Paylaş:
1085

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər