İstirahət mərkəzində dəhşət: akula turisti parçaladı
Misirin məşhur Marsa-Alam kurortunda xoşagəlməz hadisə baş verib.
1news.az-ın məlumatına görə, turistlərdən biri sahildən 20 km məsafədə suyun dibində olarkən akulanın hücumuna məruz qalıb.
Bədəninin qalıqları sahildən tapılan bədbəxt turistin Çexiya vətəndaşı olduğu, həyat yoldaşı və uşağı ilə istirahətə gəldiyi bildirilir.
Onun ölümü ilə bağlı istintaq qrupu yaradılıb.
Qeyd edək ki, sonuncu dəfə oxşar hadisə Misirdə 2015-ci ildə baş vermişdi. Həmin vaxt akula almaniyalı turist xanımı parçalamışdı.
1news.az
914