Postunu tərk edən prezident böyük siyasətdən də getdi | 1news.az | Xəbərlər
Dünya

Postunu tərk edən prezident böyük siyasətdən də getdi

09:34 - 07 / 08 / 2018
Postunu tərk edən prezident böyük siyasətdən də getdi

Kolumbiya prezidenti postunu tərk edən  Xuan Manuel Santos vida çıxışında böyük siyasətdən ayrıldığını deyib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Santos siyasətdən getdiyini bəyan etsə də, digər sahədə, sülh üçün işini davam etdirəcəyini vurğulayıb:

“Mən düşmənçilik olmadan gedirəm. Şükürlər olsun ki, ürəyimdə nifrət və kin yoxdur ".

O, yeni prezidentə uğurlar arzulayıb və vədinə sadiq qalaraq yeni hökumətə mane olmayacağını vurğulayıb.

Bu gün Kolumbiyanın yeni seçilmiş prezidenti İvan Duke rəsmi olaraq prezident vəzifəsinin icrasına başlayır.

Santos Kolumbiyanı iki müddətə ardıcıl olaraq prezidenti seçilib.

P.Sultanova

Paylaş:
462

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər